AZ

Son 7 ilin ən böyük günəş partlayışı baş verdi - Həyəcan təbili çalındı

Günəş partlayışlarının təsirləri səbəbiylə Yerdəki elektrik və internet sistemləri zədələnə, kosmosdakı stansiyalar, peyklər və astronavtlar da günəş fırtınalarından mənfi təsirlənə bilər.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə Amerika Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi xəbərdarlıq edib.
 
Mərkəz son 7 ilin ən böyük günəş partlayışının baş verdiyini bildirib.
 
Günəş partlayışı, tac kütlələrinin atılması güclü, maqnitləşdirilmiş günəş küləkləri ilə Yerə çatdıqda baş verir.

Mərkəzin X hesabında edilən yazıda qeyd olunub ki, cari günəş partlayışı dövrünün ən böyük partlayışı çərşənbə axşamı, mayın 14-də baş verib.

Sözügedən partlayışın indiyə qədər qeydə alınan 17-ci ən böyük günəş partlayışı olduğu bildirilib.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
azxeber.com

1Mənbələr