AZ

Almaniya ukraynalı qaçqınları geri qaytarmaq üçün yollar axtarır

“Almaniya federal hökuməti ölkəsindən qaçmış ukraynalıların geri qaytarılması yollarını nəzərdən keçirir”.

Herbiand.az “Zeit” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Almaniya Federativ Respublikasının iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulze deyib.

 “Ukraynada yeni başlanğıcda insanlara necə dəstək ola biləcəyimizlə bağlı bəzi fikirlər var. Dairəvi miqrasiya deyilən bir model, yəni müvəqqəti olaraq vətənə qayıtmaq mümkündür”, - nazir qeyd edib.

Onun sözlərinə görə, bu qərar Ukraynada işçi qüvvəsinin çatışmazlığı ilə bağlıdır.

Bundan əvvəl Almaniya Bundestaqının deputatı Mixael Kaufmann Ukraynadan olan qaçqınların sosial müavinətlərdən sui-istifadəsinin miqyası ilə bağlı məsələ qaldırmışdı. O vurğulayıb ki, federal hökumət bu vəziyyətlə bağlı tədbir görməlidir.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
herbiand.az

1Mənbələr