AZ

“Qarabağ”ın Rodrisi kimdir?

Dünyanın ən böyük təsir qüvvəsinə malik futbolçuları açıqlanıb.

İdman.biz xəbər verir ki, CİED-in cədvəlinə planetin 54 liqasının cari mövsümündə çıxış edən futbolçular daxil edilib.

Dünyanın 1-cisi Rodridir. “Mançester Siti”nin ispan yarımmüdafiəçisinin reytinqi 98,5-dir. “Bayer”in futbolçusu Qranit Caka (92,3) ikinci, “Arsenal”lı Martin Ederoq (89,9) üçüncüdür.

Siyahıda Azərbaycan Premyer Liqasına da yer verilib. Çempionatımızın ən yaxşısı Leandro Andradedir.

“Qarabağ”ın futbolçusunun reytinqi 57,4-dür. Toral Bayramov ikinci, Olavio Juninyo üçüncüdür. Ümumiyyətlə, Premyer Liqanın 6 ən yaxşısı Ağdam klubunun üzvləridir. Digərləri arasında ən yaxşı olan Con İrrasabal 7-ci yerdədir. “Top-10”da “Neftçi”nin iki, “Sabah”la “Zirə”nin hərəyə bir oyunçusu var.

1. Leandro Andrade (“Qarabağ”) – 57,4
2. Toral Bayramov (“Qarabağ”) – 56,8
3. Olavio Juninyo (“Qarabağ”) – 54,0
4. Julio Romao (“Qarabağ”) – 53,7
5. Abdullah Zubir (“Qarabağ”) – 53,1
6. Yassin Benziz (“Qarabağ”) – 52,6
7. Con İrrasabal (“Sabah”) – 52,1
8. Yuri Matias (“Neftçi”) – 51,2
9. Emin Mahmudov (“Neftçi”) – 50,9
10. Pyer Zebli (“Zirə”) – 49,8

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
idman.biz

2Mənbələr