AZ

Generativ süni intellekt sürətlə inkişaf edir - "McKinsey & Company"nin direktoru

Bakı. Trend:

Generativ süni intellekt sürətlə inkişaf edir.

Trend xəbərverir ki, bu barədə "McKinsey & Company" şirkətinin direktoruRolandon Balsinde Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalqkonfransında çıxışında deyib.

"2023-cü il generativ süni intellekt ili oldu. Üç və ya dörd ilbundan əvvəl süni intellektin bu cür yayılması praktikadan çoxnəzəriyyə idi. Bir neçə ay əvvəl generativ süni intellektinköməyilə yaradılmış 13 startap 1 milyard ABŞ dollarından yuxarıdəyərləndirilirdi", - deyə o bildirib.

Balsindenin sözlərinə görə, generativ süni intellektinkorporativ tətbiqi sürətlənir və bütün dünyada şirkətlər özfəaliyyətlərində süni intellektdən istifadə etməyə başlayır.

"Biz 2023-cü ilin oktyabr ayında vençur fondları tərəfindəngenerativ süni intellektə qlobal investisiyalarda 2022-ci illəmüqayisədə 400 faiz artımın şahidi olduq. Həmçinin tarixdə yenitexnologiyanın ən sürətli qəbulunu müşahidə etdik. ChatGPTistifadəçilərinin sayı cəmi iki ay ərzində 100 milyon nəfərəçatdı", - deyə o əlavə edib.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024"beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyiciqurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarınınrəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digəriştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
az.trend.az

1Mənbələr