AZ

Sumqayıtda sahibkarlar belə aldadılıb-Faktlar

Qeyd edək ki, bir neçə gündür gündəmdən düşməyən və milyonların mənimsənilməsi ittihamı ilə məhkəmə istintaqı aparılan şəxslərlə bağlı mütəmaddi məlumatlar dərc edilməkdədir. Bəzi media qurumlarında yayıllan məlumatlarda Gündüz Əliyev və Zakir Fərəcov iş birliyi nəticəsində iş adamlarına verilməli olan 2 milyon 900 min manat məbləğində bu günə qədər verilməməsi səsküyə səbəb olub. Hazırda Sumqayıtda məsələ qalmaqala çevrilmiş hal alıb. Zakir Fərəcovun iş adamlarını aldadaraq onlardan aldığı “Zəmanət Məktubu” vasitəsi ilə Prezident aparatını aldatmağa müvvəfəq olan İcra başçısı taxt tacınlıda bu yola saxladığı deyilir.

İllərdir davam edən haqqsızlığa Dövlət tələbində Prezident Aparatı İcra başçısı tərəfindən aldadılıb?

Saxta yollarla “ZƏMANƏT MƏKTUBU” əldə etdikdən sonra bir sıra iş adamlarına verilməli olan məbləğlərin 30% Zakir Fərəcova verilməsi qarşılığında 12 milyondan həmin şəxslərə düşən məbləğlərin ödənişi edilib. Kimlərki gördüyü işin müqabilində öz zəhmət haqqını tamam istəyibsə o şəxslər bu günə qədər pullarını ala bilməyiblər. Həmçinin qeyd edilməlidir ki, Prezident Aparatında Zakir Fərəcova İş adamlarına verilməli olan vəsaitin ödənilməsi onlara borcunun olmaması haqqında Zəmanət Məktubu tələb edilir. Lakin bu tələb Zakir Fərəcovun sağ əli olan və bu gün Məhkəmədə barəsində ittiham elan edilən Gündüz Əliyevin vasitəsi ilə sahibkarlardan “Zəmanət Məktub”u əldə edilir.

Həmçinin qeyd edək ki, Gündüz Əliyevin bacısı Gülnarə Bayramova barəsində də eyni ittihamlar irəli sürülmüş və barəsində Məhkəmə istintaqı aparılmaqdadır. Bir il davam edən məhkəmə istintaqı nədənsə yekunlaşmaq bilmir. Elə bu hakimin Məhkəmə baxışını uzatması səbəbindən Gülnarə Bayramova bundan əlinə keçən fürsətdən istifadə edərək ölkəni saxta yollarla tərk edib. Görünən odur ki, Qardaşının saxta yollara əl atma vərdişi kütləvi sahibkarları aldatması bacısınında dövləti aldadaraq xəstəlik adı ilə ölkəni tərk edib. Məhkəmə istintaqı zamanı uzun müddətdir ölkədən ayrılan şəxs hansı qaydada məsuliyyətə cəlb ediləcəyi isə naməlum qalıb. G.Bayramova qanundan qaçması iddia edilir. Dövlətə vurduqları milyonlar dəyərində vəsaitin saxlanıldığı yerində Türkiyə Respublikası olduğu deyilir. Buna əsaslı səbəb kimi G.Bayramovanın Türkiyə Cümhürriyyətinə saxta səbəblərlə getməsi göstərilir.

 

G.Bayramovanın istintaq dövründə Azərbaycanı tərk etməsinin rəsmi açıqlamasını maddi subutları ilə dərc etməyə hazır olduğumuzu qarşı tərəfə elan edirik


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
xalq.az

1Mənbələr