AZ

Mədəniyyət beşiyi Şuşamız

Builki “Xarıbülbül Beynəlxalq Musiqi Festivalı” Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsinə həsr olunması, festival vasitəsilə yenidən dünyaya sülh, birlik, həmrəylik mesajlarının verilməsi Şuşa şəhərinin əhəmiyyətini bir daha artırmış oldu.

Nüfuzu və əyilməz ruhu ilə İslam dünyasının mədəniyyət paytaxtı statusuna layiq olan Şuşamız İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsində də mühüm rol oynayır. 

Prezident İlham Əliyevin də söylədiyi kimi, Şuşanın mədəniyyət paytaxtı olması öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün əlavə imkanlar yaradacaq. Təsadüfi deyil ki, builki “Xarıbülbül Beynəlxalq Musiqi Festivalı” Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsinə həsr olundu. Musiqi festivalı vasitəsilə yenidən dünyaya sülh, birlik, həmrəylik mesajları verildi.
Dövlətimizin başçısının Şuşanın qəhrəmanlıq, zəfər və sülh rəmzi olduğunu bir daha bəyan etdiyini vurğulayıb: “Şuşa artıq bütün Qafqazda musiqinin paytaxtı kimi qəbul olunur. Şuşada keçirilən Xarıbülbül festivalı isə bizim üçün qayıdış və ləyaqət bayramıdır. Bu festivalda iştirak edən bir çox müsəlman ölkələrinin kollektivləri Cıdır düzündə məharətli ifaları ilə diqqət çəkdilər”.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağda keçirdikləri görüşlər, Şuşada birinci yaşayış kompleksinin açılışında iştirakları rəmzi məna daşıyırdı. 32 ildən sonra doğma Şuşalarına qovuşan ilk sakinlərlə görüşən Prezident İlham Əliyevin vurğuladığı kimi, savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən formalaşan Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər üçün şəhidlərimizə, qazilərimizə borcluyuq. «Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdir» söyləməklə uydurduqları miflərə, işğal etdikləri torpaqlarda daimi qalacaqlarına inanan ermənilərə, işğalı əbədiləşdirməkdə israrlı olan havadarlarına çatdırdı ki, 44 günlük Vətən müharibəsində Zəfərimiz şanlı tariximizdir.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
1
sabahinfo.az

2Mənbələr