AZ

Aleksey Borodin: Yaxın illərdə Bakını böyük regional rəqəmsal mərkəzə çevirəcək kommunikasiya layihələri həyata keçirilir

Aleksey

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan hökuməti yaxın illərdə Bakını Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyanı əhatə edən böyük regional rəqəmsal mərkəzə çevirəcək kommunikasiya layihələri həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bunu Rabitə sahəsində regional birliyin icra komitəsinin baş direktoru Aleksey Borodin Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Bilirik ki, Azərbaycan hazırda Şimal-Cənub, Qərb-Şərq kimi mühüm layihələr həyata keçirir. Biz onu da bilirik ki, Azərbaycandan Xəzər dənizinin dibi ilə Qazaxıstan və Türkmənistana fiber-optik kabellər çəkir. Bu həm də təbiətin özünə qarşı çox cəsarətli bir çağırışdır. Çünki əlverişli coğrafi şəraitə baxmayaraq, Bakının bütün qonaqları artıq burada necə güclü küləklərin olduğunu hiss ediblər. Xəzər çox təlatümlü dənizdir və ona görə də biz bu layihənin inkişafını diqqətlə izləyirik. Layihənin həyata keçirilməsi bütün regionun zənginləşməsinə kömək edəcək, çünki bura Qazaxıstan, Özbəkistan, Türkmənistan, daha sonra Gürcüstan, Türkiyə, nəhayət Avropaya çıxış daxildir. Biz layihənin həyata keçirilməsində sizə uğurlar arzulayırıq. Bundan əlavə, Prezident İlham Əliyevin hökumətin beynəlxalq səviyyədə hansı siyasi səylər göstərdiyini görürük”, - deyə Aleksey Borodin vurğulayıb.

Azərbaycanın region Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) şurasında təmsil etdiyini deyən A.Borodin bunun vacib olduğunu qeyd edib: “Coğrafi cəhətdən böyük regionumuz var, lakin ölkələrin sayı baxımından o qədər də nəzərəçarpan deyilik. Lakin belə şəraitdə rabitə mərkəzinin burada rolu xüsusilə vacibdir. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Radio Tənzimləmə Şurasında da təmsil olunur. 114 ölkədən səs toplayan BTİ-nin Radio Reqlament Komitəsinin Azərbaycandan namizədi Sahibə Abdullayevadır. Ümumilikdə 12 belə nümayəndə var. Ona görə də regionumuzdan Azərbaycan və Qazaxıstan olmaqla iki nümayəndənin olması bizi çox sevindirir. Bu, həm də biliklərimizi qlobal səviyyədə çatdırmağa imkan verir”, - deyə A.Borodin bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
azertag.az

1Mənbələr