AZ

Qərbi Kanadada meşə yanğınları davam edir

Kanadanın Qərbi Kanada bölgəsi cümə günü başlayan meşə yanğınları ilə mübarizə aparır.

"Cebhe.info" xəbər verir ki, Qərbi Kanada bölgəsindəki Alberta əyalətində yayılan meşə yanğınları səbəbilə 6 600 nəfərin təxliyəsi qərarı verilib.

Vud Buffalo regional bələdiyyəsi tərəfindən "yerli fövqəladə vəziyyət" elan edildikdən sonra təxliyə əmri verilib.

Alberta əyalətinin Vud Buffalo bölgəsindəki Fort-Makmurrey şəhərinin müxtəlif məhəllələrində təxliyələr həyata keçirilib.

Bildirilib ki, sürətlə yayılan meşə yanğınları səbəbindən yerli və magistral yollar avtomobillərlə dolu olub.

Alberta ştatında 209 kvadrat kilometr ərazidə yanğının davam etdiyi bildirilib.

Rəsmilər ölkə üzrə 134 aktiv yanğının olduğunu açıqlayıb və 43 yanğının nəzarətdən çıxdığını bildirib.

Kanada hökuməti xəbərdarlıq edib ki, ölkə daxilində yüksək temperatur daha çox meşə yanğınlarına səbəb ola bilər.

Məlumatlara görə, 2023-cü ildə ölkə daxilində 7 min 131 yanğın baş verib, 13 milyon 203 min 625 hektar ərazi külə dönüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
1
cebheinfo.az

4Mənbələr