AZ

Politoloq: "Parlament rəhbərləri arasında görüşün keçirilməsi vacib və əhəmiyyətlidir"

15-18 may tarixlərində Cenevrədə keçiriləcək  6-cı Ümumdünya Parlament Sədrləri Sammiti keçiriləcək. Sammit çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Parlamentinin sədri Alen Simonyanın görüşü baş tutacaq. Bu görüşü sülh danışıqları istiqamətində müsbət tendesiya kimi qəbul etmək olar?

Mövzu ilə bağlı suallarımızı cavablayan politoloq Tural ismayılov bildirdi ki, bu görüş parlament sədrləri arasında baş tutan ilk görüş deyil:   

“Parlament sədrləri arasında bundan öncəki görüş cari ilin 22 martda Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində baş tutmuşdu. Parlament rəhbərləri arasında görüşün keçirilməsi vacib və əhəmiyyətlidir. Bu gün Azərbaycan müxtəlif səviyyələrdə Ermənistanda danışıqları yerinə yetirir. Təkcə diplomatik kanallar, yəni xarici işlər nazirləri səviyyəsində deyil, qanunverici orqanlarlarının rəhbərlərinin görüşü təmasların dərinləşdirilməsində vacib əhəmiyyətə malikdir”.

Politoloq bildirdi ki, bu gün Azərbaycan və Ermənistan arasında  bir çox problemli məsələlər həll olunub:

“Delimirtasiya ilə bağlı işlər görülür. Sülhlə bağlı anlaşılmazlıqlar aradan qaldırılır. Bu görüşün sülh prosesinə müsbət təsirləri olacaq. Çünki hər iki ölkənin parlament rəhbərləri təkcə sülh müqaviləsinin detallarını deyil, parlament səviyyəsində qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkən parlamentinin bu sülh prosesinə verə biləcəyi töhfələri müzakirə edəcək. Hesab edirəm ki, Cenevrədə parlament rəhbərlərinin görüşü Azərbaycanla Ermənistan arasında  yeni bir əlaqələrin qurulmasına səbəb olacaq. Bu da  hər iki ölkənin gələcəkdə münasibətlərin genişlənməsində vacib əhəmiyyətinə malikdir”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
herbiand.az

1Mənbələr