AZ

Qadağalara dözmədilər: Gözəllər taclarından imtina etdi -FOTO

ABŞ-də keçirilmiş gözəllik yarışmasının qalibləri titullarından da, taclarından da imtina edib.
 “Sherg.az”NTV.com.tr”yə istinadən bildirir ki, əvvəlcə “Miss USA 2023” – 2023-cü ildə ABŞ gözəli titulu qazanmış  Noelia Voigt tacından imtina edib. Onun ardınca eyni hərəkəti ABŞ gənclər arasında gözəlik yarışmasının qalibi olmiş 17 yaşlı UmaSofia Srivastava da titulundan vaz keçib və tacını rədd edib. 

“New York Post”un xəbərinə görə, gənc qız tacdan imtina etdikdən sonra ABŞ Gənc Gözəllik Kraliçası adının bu yarışmada ikinci olmuş Stefani Skinnerə təqdim edilməsi qərara alınıb. Lakin maraqlıdır ki, 19 yaşlı Skinner də  bu adı almağı rədd edib. 

S.Skinner: "Miss Teen USA 2023” titulunu rədd etməyə qərar verdim. Bu, asan verilən qərar deyildi. Lakin seçimimə sayğı göstəriləcəyinə ümid edirəm”, ifadələrini işlədib.

 Gözəllik kraliçalarının titullarından imtina etmələrinin səbəbi də məlum olub. 24 yaşlı Noelia Voigt açıqlamasında “həyatda bir insan üçün ən önəmli olan önəmli qərarlar verə bilməsidir. Mən də buna çox önəm verirəm və qərarımın doğruluğuna inanıram”, deyib. 2023 ABŞ Gənc Gözəllik Kraliçası UmaSofia Srivastava isə “şəxsi dəyərlərimin müsabiqənin gedişatıyla üst-üstə düşmədiyini fərq etdim və istefa vermək qərarına gəldim”, söyləyib. 

Həmçinin ABŞ Gözəllik yarışması müsabiqəsinin sosial media üzrə direktoru Claudia Mişel də vəzifəsindən istefa verib. Müsabiqənin İdarə Heyətinin sədri Laylah Rosenin "kobudluq” etməsi iddiaları gündəmə gəlib. Bəzi mənbələr müsabiqə təşkilatçılarının iştirakçılara davamlı qadağalar qoyduğu, onların sosial media hesablarına nəzarət etdikləri, bəyənmədikləri məlumatların paylaşılmasına icazə vermədikləri, bəzi məlumatları sosial media hesablarından silməyə məcbur etdiklərini bildirir. Gözəllik kraliçaları da bu qadağalardan bezərək tacların “ağırlığından” xilas olaraq sərbəst həyata üstünlük veriblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
sherg.az

1Mənbələr