AZ

"Real"dan ayrılan Modriçin nömrəsi Arda Gülərə verilə bilər

\"Real Madrid\" növbəti mövsum xorvatiyalı ulduz Luka Modriçlə yollarını ayıracaq.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Arda Gülər göstərilir.
 
Belə ki, gənc futbolçu ​​bir növ \"Real Madrid\"də Luka Modriç dövrünün bitməsinə səbəb olacaq.

Toni Kroos hələ də ilk 11-likdə şans qazansa da, Luka Modriç artıq start 11-lik oyunçusu deyil.
  
Artıq Modriçin komandadan getməsindən sonra Arda Gülərin daha çox oyuna çıxacağı gözlənilir.

Karlo Ançelotti iki futbolçunu eyni mövqedə oynatmasa da, Ardanın yarımmüdafiədə Modriçin işini görə biləcəyini düşünür.
 
Hətta Modriçin 10 nömrəli formasının gələn mövsum Arda Gülərə verilməsi haqda da danışılır.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
azxeber.com

1Mənbələr