AZ

Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir?


Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq məhsul alıb.
Yeniavaz.com
xəbər verir ki, alınan məhsulların 235 manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatını isə qeyri-ərzaq malları təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq, o cümlədən 233,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,4 manatlıq qeyri-ərzaq malları alıb.
Rəqəmlərdən də göründüyü kimi, ötən illə müqayisədə bu il insanlar ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 1,7 manat, qeyri-ərzaq mallarına isə 10,1 manat daha çox pul xərcləyiblər.

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
3
yeniavaz.com

4Mənbələr