AZ

Kim Çen In müharibəyə hazırlıq çərçivəsində yeni taktiki raket sistemini yoxladı - FOTO

Koreya lideri Kim Çen In ordunun raket birləşmələrinin istifadəsinə veriləcək taktiki raket sistemi ilə tanış olub.

Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər yayıb.

Bildirilib ki, Şimali Koreya rəhbəri bu ilin birinci yarısında hərbi-sənaye kompleksi müəssisələrində istehsalın nəticəsindən böyük məmnunluq ifadə edib.

“O, ordumuzun müharibəyə hazırlığında köklü dəyişikliyə nail olmaq üçün 2024-cü il üçün hərbi istehsal planının mütləq yerinə yetirilməsinin vacibliyini xüsusilə vurğuladı”, - deyə agentlik xəbər verib.

Məlumatda deyilir ki, 2024-cü ilin birinci yarısında istehsal olunan raket buraxılış qurğuları ordunun qərb əməliyyat qrupunun atəş zərbələri birləşmələri ilə birlikdə silahlandırmaya daxil olacaq.

Qeyd edək ki, Kim Çen In həm də Pxenyanda yeni küçənin açılış mərasimində iştirak edib. O, tədbirə qızı ilə qatılıb.

“Çonvi” (“Avanqard”) adlanan yeni küçə 80 mərtəbəli yaşayış binasından, eləcə də digər çoxmərtəbəli binalardan ibarət müasir memarlıq kompleksidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
38
oxu.az

10Mənbələr