AZ

“Xarıbülbül” festivalı mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verir- ÖZƏL

"Tarixi Zəfərimizdən sonra yaşanan reallıqlardan biri də "Xarıbülbül" musiqi festivalı ənənəsinin bərpası oldu. Bu il festivalın məkanı genişlənərək Laçını da əhatə etdi". "Olaylar" xəbər verir ki, bunu YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev deyib: "Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir. Builki "Xarıbülbül" musiqi festivalı Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə həsr edildi. Cənab İlham Əliyev tədbirin açılışındakı çıxışında bildirdi ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq. Dövlətimizin başçısı bu əminliyi ifadə etdi  ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
olaylar.az

1Mənbələr