AZ

Ermənistan ordusunda kadr islahatı başladı -Çoxsaylı generala vəzifə VERİLDİ

Ermənistan Silahlı Qüvvələrində yeni kadr islahatı aparılır. Vətəninfo.az xəbər verir ki, çoxsaylı generala yüksək vəzifə verilib.

General- mayor Hraç Stepanyan Ermənistan  Müdafiə Nazirliyinin kadr siyasəti baş idarəsinin rəisi təyin edilib.

Mher Şirinyan Ermənistan Müdafiə Nazirliyinin Silah və Texniki Təminat İdarəsinin rəisi təyin edilib.

Aram Poqosyan Ermənistan Müdafiə Nazirliyinin arxa təminatı idarəsinin rəisi təyin edilib.

Geqam Paşikyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibbi Təminat İdarəsinin rəisi təyin edilib.

Smbat Qriqoryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Şəxsi İdarəetmə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat və Çağırış Baş İdarəsinin rəisi təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
veteninfo.az

1Mənbələr