AZ

Azərbaycanda kurikulum təhsili LƏĞV OLUNUR? - AÇIQLAMA

Azərbaycanda kurikulum təhsili LƏĞV OLUNUR? - AÇIQLAMA

Kurikulum təhsil sistemi daha çox fənyönümlü və ya şəxsiyyətyönümlü standartlarını özündə əks etdirir. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini özündə əks etdirir. Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Nəzəriyyəyə baxsaq, bu standartlar ideal bir təhsil sistemidir. Bəs Azərbaycanda bu təhsil sistemi nə dərəcədə qane edir? Bu gün Azərbaycanda kurikulum təhsil sistemi və onun tətbiq mexanizmi bir çox şagirdlərin, o cümlədən valideynlərin ciddi narazılığına səbəb olur. Bu gün tələbələr demək olar ki, hər gün imtahan verir. Eyni zamanda dərs vəsaitlərinin çətinliyi və ev tapşırıqlarının çoxluğu vəziyyəti daha da qəlizləşdirir. Bu gün bir sıra ekspertlər Azərbaycanda təhsil sisteminin yüngülləşdirilməsini düşünür. Proselərin fonunda və edilən narazılıqları diqqətə alaraq Azərbaycanda kurikulum təhsil sistemi ləğv edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, Nəzəri və kağız üzərindəki standartlar baxımından kurikulum gözəl bir təhsil sistemidir. Belə ki, o şəxsiyyət yönümlü tədrisi öz qarşısında məqsəd qoyur. Kurikulum yaddaş və təfəkkür dərsindən keçməyi, şagirdlərdə analitik bacarığını, öyrəndikləri bilikləri praktikada tətbiq mexanizmi kimi qarşıya məqsəd qoyan bir təhsil metodudur:Azərbaycanda"Biz də neçə illərdir təhsil sistemimiz kurikulum üzərində qurulub. Amma reallıqlar və kağız üzərində yazılanlar tamam başqa müstəvidədir. Bu o qədər ürəkaçan deyil. Şəxsən mən kurikulum sisteminin tərəfdarı və lazım gələrsə təbliğatçılarından biriyəm. Amma söhbət burada əsl kurikulumdan gedir. Kurikulum sinif otaqlarında paltarların yerinin dəyişdirilməsi yaxud texniki bir dəyişiklik deyil. Kurikulum məzmun dəyişikliyidir. Kurikulum təhsilə olan yanaşmanın və baxışın dəyişimidir. Əsas bu olmalı idi. Bizim bu istiqamətdə çox güclü müəllim ordumuz yetişməlidir. Bizim çox geniş müəllim ordumuz var və onların sayı 150 mindən çoxdur. Amma bu günləri onların neçə faizi şəxsiyyət yönümlü tədris prosesi keçmək gücündədir? Bu çox narahatedici sualdır. Cavabı isə o qədər ürəkaçan olmayacaq".

Ekspertin sözlərinə görə, Azərbaycanda kurikulumun ləğvindən söhbət gedə bilməz. Çünki dünya təhsili, 21-ci əsr, bu gün və sabahın reallığı buna imkan verməz. Bu günün və sabahın reallığı bizi əvvəlki təhsil standartlarına qayıtmağa qətiyyən qoymayacaq. Bu gün standartlara nə dərəcədə əməl edib yaxud etmirik fərqi yoxdur:

"Dövr, zamanın tələbləri bəzən bizim yerimizə qərar verir. Bu kurikulum təhsil sisteminin olacağına və daha da təkmilləşməsinə bir cavabdır. Amma necə təkmilləşəcək və nə dəyişiklər olacaq? Bu bir qədər qəliz sualdır. Dəyişiklik məqamına gəlsək, əlbəttə ki, mütləq bir dəyişiklik olacaq. Amma necə və nə zaman olacaq? Bu ayrı bir mövzudur. Mən əminliklə deyə bilərəm ki, dəyişikliyə ehtiyac yoxdur. Çünki hazırkı kurikulum standartları bizim üçün yetəri qədərdir. İndiki kurikulum standartları və şəxsiyyət yetişdirmə mexanizmi, tətbiq keyfiyyətləri yetəri qədərdir. O qədər yetərlidir ki, biz hələ də onillərdir ki, ona çata bilmirik. On ildən çoxdur kurikulum tətbiq olunur və biz onun standartları ilə ayaqlaşa bilmirik. Ləğvindən söhbət gedə bilməz. Düşünürəm ki, əlavə dəyişikliyə ehtiyac yoxdur. Müəyyən qədər yumşalma ola bilər. Şəxsən bu yumşalmanın olmağını mən istəmirəm. Yumşalma olsa belə nə edəcəyik? Kurikulum təhsil sistemini şəxsiyyət yönümlü meyarına çıxaracağıq? Əlbəttə ki, yox. Biz sadəcə özümüz inkişaf etməliyik. Standartlar ilə ayaqlaşmanın yeni metodlarını tapmalıyıq".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
sonxeber.az

1Mənbələr