AZ

Saxta icazə sənədi ilə tətilə gedən həkim həbs olundu

\"4 gün işləmə qabiliyyətinin olmayacağı” adı altında saxta sənəd hazırlatdırıb məzuniyyətə gedən fizioterapevt həbs olunub.

AZXEBER.COM xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib.

Belə ki, 37 yaşlı Sait U. adlı fizioterapevt özünə saxta sənəd hazırlatdıraraq məzuniyyətə çıxıb.

Törətdiyi əməl üzə çıxdıqdan sonra isə 5 aylıq azadlıqdan məhrum edilib.

Belə ki, Rehablitasiya mərkəzinin müdiri Mehmet Evrim fizioterapevt Saitin xəstə olduğu üçün onu ziyarət etmək istəsə də, Sait bunu qəbul etməyib.

Bu hadisə Evrimin şübhələnməsinə səbəb olub və o bu məsələni araşdırmağa başlayıb.

Sonradan isə Saitin xaricdə çəkdirdiyi şəkilləri sosial mediada hesabında paylaşdığı görülüb və məsələ xəstəxana müdirinə məlum olub.

Nəticədə, Evrim Saiti məhkəməyə verib. Məhkəmə qərarına əsasən Saitin işinə xitam verilib və o 5 ay müddətinə həbs olunub.

Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
1
azxeber.com

2Mənbələr