AZ

Ağdamda yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib

Ağdam. Trend:

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşə, yaşıllıqvə əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcıtədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgəəməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Ağdam şəhərindəregional müşavirə keçirilib.

Trend-in xəbərinə görə, Azərbaycan Respublikası Prezidentininxüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər, FövqəladəHallar, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, eləcə dədigər aidiyyəti qurumların əməkdaşlarının, habelə Qarabağ və ŞərqiZəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən podratçı vəsubpodratçı təşkilatların, tikinti şirkətlərinin, fermerlərin vədigər sahibkarların iştirakı ilə keçirilən görüşdə yanğıntəhlükəsizliyi ilə bağlı görülmüş işlər və qarşıda duran məsələlərbarədə məlumat verilib.

Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıqərazilərində yanğın hallarının baş verməməsi üçün bu ərazilərdəfəaliyyət göstərən sahibkarların, kənd təsərrüfatı ilə məşğul olanfermerlərin və digər sahibkarların odla ehtiyatlı davranmaları vəyanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xüsusi qeydedilib.

Yekun olaraq tədbir iştirakçıları adından meşəətrafı ərazilərdəinfrastruktur layihələrini həyata keçirən sahibkarlara vətəsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıqolmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlaraməlumat vermələri, yanğın baş verdiyində yanğınsöndürən texnikivasitələrin su obyektlərinə maneəsiz daxil olmalarının təşkili,yanğına həssas meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinəşərait yaratmamaları barədə çağırış edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
16
az.trend.az

10Mənbələr