AZ

Süni intellektdən istifadə şirkətlərin xərclərini azaldır-Teodor Magureanu

Süni intellektdən istifadə şirkətlərin xərclərini azaldır, gəlirlərini artırır. Bunu "VOX Solutions”un aparat rəhbəri Teodor Magureanu deyib.
 
"Bir il ərzində xərclərimiz azalıb,gəlirlərimiz çoxalıb. Süni intelektin istifadəsi mümkündür. Biz 15-20 əməliyyat etmişik. Çalışacayıq ki, bu sürətlə qalxan xətt ilə davam edək. Uğur faktorlarımız süni intellektin imkanlarını anlamaq və düzgün istifadə etmək bacarığımızdır. Bunu ən sürətlə edən şirkətlərdən biriyirik",- Teodor mayın 15-də Bakıda keçirilən  "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "Süni intellekt dövrünə daxil olmaq” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, yaxın 5-10 il müddətində süni intelektdən istifadə etməyən şirkətlər rəqabətdə geri qalacaq.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
anews.az

1Mənbələr