AZ

Təhsil müəssisələrində Qərbi Azərbaycan guşəsi yaradılsın! - AzEdu-dan TƏKLİF

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrinə Qərbi Azərbaycan guşəsi yaradılsın.

 

Bu təkliflə AzEdu.az Təhsil Portalı çıxış edib.

 

Təklifdə bildirilib ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan dövlətinin yaxın gələcək üçün əsas proiritetlərindən biri olduğundan və bu ideya artıq beynəlxalq müstəviyə çıxarıldığından təklifin reallaşdırılması hazırkı dövr üçün çox vacibdir.

 

Təhsil Portalı Qərbi Azərbaycan guşəsinin həm məktəbəqədər, həm də orta və ali təhsil müəssisələrində yaradılmasının zəruriliyini önə çəkib.

 

Təklif tarixi torpaqlarımızın adının yaşadılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdən adı silinmiş toponimlərin, maddi mədəniyyət nümunələrinin tanıdılması, Qərbi Azərbaycanın oğuz-türk məskəni olduğunu təsdiq edən faktların yeni nəslə çatdırılması məqsədi daşıyır.

 

Sözügedən guşənin tərtibatı təhsilalanların yaş kateqoriyasına uyğun müəyyənləşdirilə bilər.

 

Bununla yanaşı, orta və ali məktəblər üçün Qərbi Azərbaycan torpaqları haqqında dərsliklərin yazılması da irəli sürülən təklifin konsepsiyasına daxildir.

 

Qarabağın tarixi ilə əlaqədar müvafiq dərslər tədris olunur. Eynilə Qərbi Azərbaycan torpaqları haqqında da şagirdlər və tələbələrin məlumatlanması çox vacibdir. Həmin ərazilərin tarixi, əhalisi və Qərbi azərbaycanlıların məşğuliyyəti barədə bilgilərin dərslikdə əks olunması təklif olunur.

 

Xatırladaq ki, Qərbi Azərbaycana qayıdış dövlətimizin əsas hədəflərindən biridir. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasındakı tarixi çıxışı zamanı beynəlxalq hüquqa uyğun şəkildə Qayıdış Konsepsiyası hazırlamaq tapşırığı verib.

 

Azərbaycanlıların indiki Ermənistan ərazisindəki qədim ata-baba yurdlarından – Qərbi Azərbaycandan sonuncu deportasiyasından 35 il ötür. Bu deportasiya nəticəsində 300 min nəfərə yaxın soydaşımız Qərbi Azərbaycandan qovulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
3
azedu.az

4Mənbələr