AZ

Zabuxçaydan əldə edilən "yaşıl enerji" ölkənin enerji sisteminə ötürüləcək (FOTO)

Laçın. Trend:

"Prezidentin izi ilə" mediaturu çərçivəsində media nümayəndələribir neçə gün əvvəl Prezident İlham Əliyevin Laçın rayonundaaçılışını etdiyi “AzərEnerji” ASC-nin “Zabux” kiçik su elektrikstansiyasında olublar.

Trend-in Qarabağ bürosu xəbər verir ki, "Zabux" KSES-lə bağlımedia nümayəndələrinə məlumat verilib.

“AzərEnerji” ASC-nin texniki istehsalat idarəsinin rəis müvaniMuxtar Mahmudov bildirib ki, 2,8 MVt gücündə olan “Zabux” KSES-dəil ərzində 8-9 milyon kilovat-saat "yaşıl" enerji istehsalediləcək.

"Elektrik stansiyası Həkəri çayının sağ qolu olan Zabux çayıüzərində tikilib. Burada istehsal olan elektrik enerjisi həm Laçınrayonun daxili enerji tələbatına istifadə olunur. Artıq qalan hissəisə ölkə enerji sisteminə ötürüləcək. Stansiyanın enerji sisteminəinteqrasiyası üçün yeni yarımstansiyalar tikilib, 35 kV-luq yenielektrik verilişi xətti çəkilib.

Yeni optik kabel xətti çəkilməklə stansiya ölkə enerjisisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya edilib.Nəticədə rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə,operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı,stansiyalara Bakıdan nəzarətin əlçatanlığı təmin edilib.

Zabux çayının tam olaraq Azərbaycan ərazisində formalaşan,bolsulu və itiaxan dağ çayı olduğunu nəzərə alsaq, azsulumövsümlərdə də bu stansiyanın məhsuldar istismarı mümkünolacaq".

AzərEnerji” ASC-nin nümayəndəsi Qarıqışlaq su elektrikstansiyası barədə də məlumat verib. Bildirib ki, bu su elektrikstansiyasında Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində inşaedilib.

"Burada 11-12 milyon kilovat-saat elektrik enerjisi istehsalpotensialı var. Bu stansiyada ölkə enerji sisteminə inteqrasiyaolunub. İstehsal olunan elektrik enerjisi ölkə enerji sisteminəötürülür. Həmçinin, Laçın rayonunun daxili elektrik enerjisitələbatına sərf olunur. Məlumat üçün onu da deyim ki, hər ikielektrik stansiyasında ekoturbinlər quraşdırılıb ki, bu turbinlərçayda ekoloji axımın normasını qorumaqla, ümumilikdə 1.4 dəfə dahaartıq ekoloji axımın saxlanılmasına şərait yaradır.

Çay səviyyəsinin azalması halında isə avtomatik dayanır. Eləcədə, bu su elektrik stansiyalarının tikintisində yeni balıq ötürücüqurğular, həmçinin, lil tutucu qurğular tikilməklə stansiyanınekologiyaya təsirləri minimuma endirilib".

Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Zabuxçaydan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
5
az.trend.az

6Mənbələr