AZ

İki ölkə parlament sədrlərinin bir araya gəlməsi sülh prosesinə töhfə verə bilər – Politoloq

Cenevrədə keçiriləcək görüşdə iki ölkə parlament sədrlərinin bir araya gəlməsi müsbət hadisədir.

Bu fikirləri Herbiand.az-a politoloq Oqtay Qasımov bildirib. Politoloq Azərbaycan və Ermənistan nümayəndələrinin vasitəçilərsiz birbaşa görüşmələrini müsbət dəyərləndirib. Qeyd edib ki, bununla sülh prosesinə birbaşa danışıqlar vasitəsilə töhfə vermək olar:

“Azərbaycanın da keçən ilin payızında irəli sürdüyü təklif bu idi ki, vasitəçilərsiz hər iki ölkənin həm diplomatları, həm dövlət rəsmiləri birbaşa danışıqlar vasitəsilə problemi həll edə bilər. Biz artıq bunun ilkin simptomlarını da görməkdəyik. Belə ki, keçən ilin 7 dekabrında Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş nazirinin aparatının birgə bəyanatı ilə müəyyən addımlar atıldı. Həm hərbi əsirlərin bütünlüklə dəyişdirilməsi prosesi baş verdi. Eyni zamanda Ermənistan Azərbaycanın COP29-a ev sahibliyini dəstəklədi. Ardınca da delimitasiya komissiyalarının 19 apreldə məlum bəyanatı nəticəsində artıq sərhədin Qazax istiqamətində müəyyən hissəsi delimitasiya və demarkasiya olunub”.

Politoloq belə görüşlərin iki ölkə arasındakı normallaşma prosesində öz müsbət təsirini göstərə biləcəyini vurğuladı.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
herbiand.az

1Mənbələr