AZ

Rusiyada sürücülər bu dərmanlara görə sürücülük vəsiqələrindən məhrum olacaqlar - SİYAHI

Rusiya Səhiyyə Nazirliyi avtomobil idarə etməyə mane olan 74 reseptsiz dərmanın siyahısını açıqlayıb.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, siyahının birinci hissəsində (tərkibində sakitləşdirici, psixotrop maddələr, narkotik analgetiklər və etil spirti olan reseptsiz dərmanlar) homeopatik damcılar da daxil olmaqla 171-ə yaxın beynəlxalq sertifikatlı dərmanlar var. 

İkinci hissədə (diqqəti pozan) təxminən 39, üçüncü hissədə (ehtiyatla qəbul edilməlidir) 71 dərman yer alıb.

Məşhur "Suprastin", "Ketanov", "Spazmalgon", "Solpadein", "Fervex", "Afobazol" və hətta "Zvezdochka" da qadağan edilib.

Əgər onlar sürücünün qanında tapılarsa, onu vəsiqəsindən məhrum etmə və 30 min rubla qədər cərimə gözləyir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
bizim.media

1Mənbələr