AZ

Xaricdən şokalad alışı artıb – Qiyməti nə qədər bahalaşıb?

Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 6 min 357 ton miqdarında şokolad və şokolad məhsulları alıb.

Valyuta.az xəbər verir ki, bu miqdarda məhsula 25 milyon 288 min ABŞ dolları xərclənib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1 min 503 ton (31%), dəyər ifadəsi ilə 6 milyon 700 min ABŞ dolları (36%) çoxdur. Ötən ilin eyni dövründə şokolad və şokolad məhsullarının idxalının miqdarı 4 min 854 ton, dəyəri isə 18 milyon 588 min ABŞ dolları olub.

Hesabat dövründə alınan şokolad və şokolad məhsullarının bir kiloqramı üçün orta qiymət 4 ABŞ dollar olub ki, bu da illik müqayisədə 0,18 ABŞ dolları və ya 4,7% bahadır. 2023-cü ilin ilk iki ayında bu qiymət 3,82 ABŞ dolları olub.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
valyuta.az

1Mənbələr