AZ

Yerin altından uğultulu səslər eşidilir: Zəlzələ xəbərdarlığı?

 Türkiyənin Bingöl bölgəsində yerin altından uğultulu səslər eşidilir. Belə bir durum yerli  sakinlərin narahatlığına, həyəcanına səbəb olub. Sakinlər eşidilən uğultunun zəlzələ xəbərçisi olacağından qorxurlar.
“Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, Bingöldə yerin altından səslər eşidilməsi sosial mediada da gündəm olub. Səsləri qeydə alan izləyicilər sosial mediada paylaşım edərək bu durumun zəlzələ xəbərdarlığı olduğuna hər kəsi inandırmağa çalışırlar. Sosial mediada bu videolar “Böyük zəlzələnin xəbərçisi” başlığı ilə paylaşılıb. Məsələ ilə bağlı Türkiyədə seysmik problemlər üzrə tanınan professor Naci Görür açıqlama verib. Professor eşidilən səslərin yerin dərinliklərində qayaların parçalanmasına və ya sürtünməsinə işarə etmədiyini bildirib: “Təxmin etdiyim qədər, bu səslər  qayaların parçalanmasını əks etdirmir.  Səslərin gəldiyi ərazi Bingölün Solhan əyalətinin Yenidal Köyü düzənliyindədir. Bu səslərin nədən qaynaqlandığını uzaq məsafədən müəyyənləşdirmək çətindir. Amma ehtimal olunur ki, bu səslər yerin altındakı qazların səsidir. Xüsusilə zəlzələ bölgələri, seysmik aktivlik yüksək olan ərazilər, məlumdur ki, yerin altında təbii qaz və radon qazı kimi təbii ehtiyatlarla zəngin olur. Bu səslər də qazların çıxışı səsinə oxşayır”. Yerli sakinlərin müraciəti nəzərə alınaraq Türkiyənin Fəvqəladə hallar və təbii fəlakətlər üzrə məsul qurumu bölgədə tədqiqat aparıb. Tədqiqat zamanı bölgədə zəhərli qaz ehtiyatı aşkarlanmayıb. Durumun daha dəqiq araşdırılması üçün tədqiqat qrupu çalışmanı davam etdirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
sherg.az

1Mənbələr