AZ

“Məktəbyaşlı uşaqların 20 faizi birinci sinfə qəbul müsabiqəsindən keçə bilməyib” – Eşqi Bağırov 

“Rus bölməsində oxumaq istəyən uşaqlar birinci sinfə qəbul müsabiqəsindən keçə bilmirsə, valideynin istəyilə onların Azərbaycan dilində təhsil alması təmin edilir, yaxud növbəti mərhələyə qalırlar”.

Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Bizim.Media əməkdaşının “Brinci sinfə qəbulda niyə uşaqlara çətin suallar verilir? Azərbaycanda hər bir kəsin icbari təhsil almaq hüququ olduğu halda sözügddən müsabiqənin keçirilməsinə lüzum varmı?” suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə artıq 80 faizə yaxın məktəbyaşlı uşaq birinci sinfə qəbul müsabiqəsindən keçiblər: 

“Ölkədə məktəbyaşlı uşaqların sayı 130 mindir. Tədris ilinin başlanmasına təxminən 4 aya yaxındır vaxt qalıb. Tam elektron qaydada, imtahansız və mərhələsiz 102 minə yaxın uşaq artıq öz məktəbini, sinfini və müəllimini bilir. Yəni təxminən 80 faizin üzərində bir nəticə var ki, məktəbyaşlı uşaqların valideynləri müəyyən edib ki, övladları hansı məktəbdə təhsil alacaqlar. Bununla yanaşı təxminən 10 minə yaxın rus bölməsində təhsil almaq istəyən uşaqlarımız var ki, onlar da qeydiyyatdan keçiblər. Hazırda onların müsahibə mərhələsi davam edir. Bəli 80 faizi artıq o müsabiqələrdən keçib, 20 faizi isə təssüf ki, qeyri-məqbul qiymət alıblar. Həmin qeyri-məqbul alan uşaqlar üçün də apelyasiya mərhələsi təşkil olunur. Kimin narazılığı varsa, hər bir şəxs elektron qaydada müraciət edib, müsahibə mərhələsinin şikayətini bildirə bilər. Onu da deyim ki, bütün müsahibələrdə valideynlərin özləri də iştirak edir”, deyə qurum rəsmisi əlavə edib.

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
bizim.media

1Mənbələr