AZ

“Zabux” su elektrik stansiyasına media-tur təşkil olunub

Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin Laçın rayonunda açılışını etdiyi “AzərEnerji” ASC-nin “Zabux” Kiçik Su Elektrik stansiyasında olublar.

APA-nın Qarabağ bürosu xəbər verir ki, "Zabux" KSES-lə bağlı media nümayəndələrinə məlumat verilib.

“AzərEnerji” ASC-nin texniki istehsalat idarəsinin rəis müvani Muxtar Mahmudov bildirib ki, 2,8 MVt, gücündə olan “Zabux” KSES-də il ərzində 8-9 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək.

"Elektrik stansiyası Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində tikilib. Burada istehsal olan elektrik enerjisi həm Laçın rayonun daxili enerji tələbatına istifadə olunur. Artıq qalan hissə isə ölkə enerji sisteminə ötürləcəkdir. Stansiyanın enerjisistemə inteqrasiyası üçün yeni yarımstansiyalar tikilib, 35 kV-luq yeni elektrik verilişi xətti çəkilib. Yeni optik kabel xətti çəkilməklə stansiya ölkə enerjisisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya edilib. Nəticədə rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalara Bakıdan nəzarətin əlçatanlığı təmin edilib. Zabux çayının tam olaraq Azərbaycan ərazisində formalaşan, bolsulu və itiaxan dağ çayı olduğunu nəzərə alsaq, azsulu mövsümlərdə də bu stansiyanın məhsuldar istismarı mümkün olacaq". AzərEnerji” ASC-nin nümayəndəsi həmçinin Qarıqışlaq su elektrik stansiyası barədə də, məlumat verib. Bildirib ki, bu su elektrik stansiyasıda Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində inşa edilib. "Burada 11-12 milyon kilovat-saat elektrik enerjisi istehsal potensialı var. Bu stansiyada ölkə enerji sisteminə inteqrasiya olunub. İstehsal olunan elektrik enerjisi ölkə enerji sisteminə ötrülür. Həmçinin Laçın rayonun daxili elektrik enerjisi təlabatına sərf olunur. Məlumat üçün onuda deyim ki, hər iki elektrik stansiyasında eko turbinlər quraşdırılıb ki, bu turbinlər çayda ekoloji axımın normasını qorumaqla ümumilikdə 1.4 dəfə daha artıq ekoloji axımın saxlanılmasına şərait yaradır. Çay səviyyəsinin azalması halında isə avtomatik dayanır. Eləcədə bu su elektrik stansiyalarının tikintisində yeni balıq ötrücü qurğular həmçinin lil tutucu qurğular tikilməklə stansiyanın ekolji təsirləri minimuma endirlib".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
5
apa.az

6Mənbələr