AZ

Neft ucuzlaşır – SON QİYMƏTLƏR

Son ayyarımda dünya bazarında neft qiymətlərinin aşağı doğru dəyişməsi müşahidə edilir. 


Sfera.az xatırladır ki, aprelin ilk günlərində “Brent” nefti 91 dollara, "Azeri Light" nefti 94 dollara satılırdı. Amma hazırda “Brent” neftinin qiyməti 82-83 dollara, "Azeri Light" nefti isə 83-84 dollara alıcı tapır. 

 

Neft qiymətlərinin düşməsinin səbəbi Yaxın Şərqdə hərbi-siyasi gərginliyin səngiməsi ilə bağlıdır. Artıq bazarlarda daha böyük hərbi qarşıdurmanın olmayacağına dair inam formalaşıb. Aprelin əvvəlində neft qiymətlərinin 90 dolları keçməsinə məhz böyük müharibənin olacağına dair narahatçılıq səbəb olmuşdu. Bu narahatçılıq tədricən aradan qalxdığından “qara qızıl”ın qiymətləri əvvəlki səviyyəyə qayıdıb. 


Neft qiymətlərinin indiki səviyyəsi də Azərbaycan üçün əlverişlidir. Çünki həm dövlət büdcəsinin gəlirlərinin, həm də Dövlət Neft Fondunun gəlirlərinin proqnozlaşdırılması zamanı neftin orta qiyməti 60 dollardan götürülüb. Mövcud qiymət bu həddən xeyli yüksəkdir. Buna görə də geridə qalan 4 ay ərzində dövlət büdcəsinin və Neft Fondunun gəlirlərində proqnozlaşdırılandan çox mədaxil qeydə alınıb. 


Ümumilikdə, il ərzində neft qiymətlərinin 80 dollar səviyyəsində qalacağına dair gözlənti daha böyükdür ki, bu da Azərbaycan üçün sərfəlidir. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
sfera.az

1Mənbələr