AZ

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sumqayıtda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş Əliyev Rəsul Arif oğlunun qalıqları Sumqayıtda torpağa tapşlrılıb.

APA xəbər verir ki, şəhidin qalıqları bu gün Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Əliyev Rəsul Arif oğlu 1960-cı ildə Sumqayıtda anadan olub. Birinci Qarabağ müharibəsində, 1993-cü ilin oktyabr ayında Füzuli istiqmətində itkin düşən Rəsul Əliyevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Birinci
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
3
apa.az

3Mənbələr