AZ

Enrike Mbappeni “PSJ”nin heyətinə DAXİL ETMƏDİ

“PSJ”nin hücumçusu Kilian Mbappe Liqa 1-in 32-ci turunun "Nitsa" ilə oyununda Luis Enrikenin komandasının heyətinə daxil edilməyib.

90deqiqe.Az xarici mediaya istinadən xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi komandanın məşqçilər korpusu onu zədəli olduğu üçün heyətə daxil etməmək qərarına gəlib.

Xatırladaq ki, Mbappe cari mövsümün sonunda Paris nəhəngindən ayrılacaq. 25 yaşlı futbolçu karyerasını "Real Madrid"də davam etdirəcək. Ulduz hücumçu tezliklə “Kral” klubu ilə 5 illik uzunmüddətli əmək müqaviləsi imzalayacaq.

PSJ - "Nitsa" matçı bu gün - mayın 15-də "Alyans Riviera" stadionunda keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. 

Əlavə edək ki, Mbappe cari mövsümün sonunda Paris nəhəngindən ayrılacaq. 25 yaşlı futbolçu karyerasını "Real Madrid"də davam etdirəcək. Ulduz hücumçu tezliklə “Kral” klubu ilə 5 illik uzunmüddətli əmək müqaviləsi imzalayacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
90deqiqe.az

10Mənbələr