AZ

Məşhur aktrisa 35 ildən sonra bu mükafata sahib oldu

Dünya şöhrətli aktrisa Meril Strip 35 ildən sonra Kann Film Festivalında iştirak edib. Üç dəfə “Oskar” mükafatına sahib olan aktrisa festivalın açılış mərasimində “Qızıl palma budağı”nı alıb.

Publika.az xəbər verir ki, Meril Stripə mükafatı fransız aktrisa Cülyetta Binoş təqdim edib.

O, çıxışı zamanı Kann Film Festivalına son səfərindən danışarkən göz yaşlarını saxlaya bilməyib.

“O zaman elə bilirdim ki, karyeram artıq başa çatıb və bu mənə çox pis təsir edirdi. Artıq üç uşaq anası idim, 40 yaşım tamam olacaqdı və düşünürdüm ki, karyeram bitdi. Bu, həmin dövrün aktrisaları üçün çox real idi. Bu axşam burada olmağımın səbəbi birlikdə işlədiyim çox istedadlı sənətkarlardır. Məni hər zaman izlədiyiniz, qiymətləndirdiyiniz, unutmadığınız üçün hamınıza təşəkkür edirəm”, - deyə M. Strip bildirib.

Qeyd edək ki, Meril Stip sonuncu dəfə 1989-cu ildə “Şər mələklər” filmi ilə Kann Film Festivalında iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
publika.az

1Mənbələr