AZ

Molla Nəsrəddin haqqında çəkilən filmin yaradıcı heyəti Özbəkistanda olub

Molla

Bakı, 15 may, AZƏRTAC

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin yaradıcı heyəti Özbəkistanda səfərdə olub.

AZƏRTAC xəbər verir ki, filmin çəkilişlərinin aparılacağı Türk dövlətlərində məkanların seçilməsi, heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması, həmçinin digər istiqamətlərdə bir çox işlər həyata keçirilib.

100 dəqiqəlik xronometrajı olan filmin rejissoru və ssenari müəllifi Vaqif Mustafayev, baş prodüseri Zaur Darabzadə, prodüseri Azər Quliyev, icraçı podüseri Tofiq Musayevdir. Ekran əsərinin çəkilişlərinə avqust ayında başlanılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
1
azertag.az

4Mənbələr