AZ

Dövlət Gömrük Komitəsində işləmək iüstəyənlərin nəzərinə: müsabiqə var! 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər 30 may saat 10:00-dək Dövlət İmtahan Mərkəzinin internet saytında “Gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Viral.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Burada namizədlər ilk növbədə “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabinetin yaradılması və istifadə qaydası). Daha sonra imtahanda iştirak etmək üçün ödəniş edilir. Ödənişin məbləği 82.60 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsaiti daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra “Qeydiyyat” pəncərəsi vasitəsilə imtahana yazılmaq mümkündür.

Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Test imtahanı 2024-cü il iyunun 9-da saat 10:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Namizədlər imtahana 3 – 4 gün qalmış “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.

İştirakçılar müsabiqə elanı haqqında geniş məlumatı buradan əldə edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
5
viral.az

6Mənbələr