AZ

Samir Məmmədov: "Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var"

Rəqamsallaşma Azərbaycanın iqtisadi inkişafına töhfə verir, buna görə də Azərbaycan bu sahəyə diqqət yetirir.

FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.

 Rəqəmsallaşma iqtisadiyyatın müxtəlif sahələrinə, eyni zamanda səhiyyə, idarəetmə və təhsilə çox böyük töhfə verir. Rəqamsal inkişaf strategiyası hazırlanıb. Strategiya rəqəmsal hökumət, rəqəmsal cəmiyyət, rəqəmsal biznes kimi üç mərhələdən ibarədir.  Rəqəmsal alətlərdən istifadə edərək 500 KOB subyektinə dəstək göstərmişik. Ölkəmizdə ümumi əhalinin 65%-i "Rəqəmsal İD" dən istifadə edir.

Onun sözlərinə görə, rəqamsal transformasiya üçün infrastruktur qurmalıyıq. Online Azərbaycan layihəsi ilə əhalimizi 64 meqabit sürətə malik olan  internetlə təmin etməyə çalışırıq.

"Azərbaycan bütün bölgələrinə, xüsüsilə də ucqar bölgələrə internetin əlçatanlığını çatdırmağa çalışırıq. 74% evlərin hal-hazırda fiber optik internetə çıxışı var və bu göstərici təkcə Bakıda 90%-ə yaxındır." deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
fed.az

1Mənbələr