AZ

Rusiya Malayziya ilə 30 günə qədər vizasız gediş-gəlişlə bağlı danışıqlar aparır

Rusiya Malayziya ilə 30 günə qədər vizasız gediş-gəlişlə bağlı danışıqlar aparır

Rusiya və Malayziya vətəndaşların 30 günə qədər vizasız gediş-gəlişi haqqında hökumətlərarası saziş üzərində işləyir.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Radik Vaxitov bildirib. "Bizim fikrimizcə, Rusiya və Malayziyaya 30 günə qədər vizasız giriş rejimini nəzərdə tutan sənədin imzalanması işgüzar mübadilələrin intensivləşməsinə, turizmin, mədəni və humanitar əlaqələrin inkişafına töhfə verəcək" - deyə nümayəndə bildirib.

Vaxitovun sözlərinə görə, hazırda tərəflər saziş layihəsinin mətnini müzakirə edirlər: "Sözügedən sənədin qarşılıqlı məqbul formalarını hazırlamaq üçün yaxın gələcəkdə həm onlayn, həm də üzbəüz görüşlər formatında ekspert məsləhətləşmələri planlaşdırılır Bəzi texniki fikir ayrılıqlarını aradan qaldırmaq və layihənin yekun təsdiqinə nail olmaq mümkündür. Eyni zamanda, bu danışıqlar başa çatana qədər sazişin qüvvəyə minməsi üçün konkret tarixlər barədə danışmaq tezdir".


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
afn.az

2Mənbələr