AZ

Cokoviç həm uduzdu, həm də başına butılka dəydi

Xəbər verdiyimiz kimi, İtaliyanın paytaxtı Romada “Masters” seriyalı, 7,8 milyon avro mükafat fonduna malik tennis turniri davam edir.

Turnirin 3-cü mərhələsi dünya tennisinin əfsanəsi Novak Cokoviç üçün uğursuz olub. Serbiyalı ulduz Çili təmsilçisi Alexandro Tabiloya uduzub - 2:6, 3:6.

Bundan iki gün əvvəl – mayın 10-da isə Cokoviçin başına qəribə iş gəlib. Belə ki, serb ulduz fransalı Korenten Muteni məğlub edəndən sonra avtoqraf paylaşırmış. Həmin vaxt azarkeşlərdən birinin əlindən düşən butılka Novakın başına dəyib:

“Düzünü desəm, nə olduğunu bilmirəm. Bunu yoxlamalıyam. Yüngülcə məşq etək istəyirdim. Heç bir qeyri-adi hadisə olmadı, ancaq özümü həmişəki qədər yaxşı hiss etmədim. Bu gün stress şərtləri altında yetərincə pis oldu – ağrı yox, balans üzündən. Koordinasiyam yox idi, iki gün əvvəllə müqayisədə tam fərqli tennisçiydim. Bu isə məni bir qədər narahat edir. Cümə günü başağrısı, ürəkbulanma və başgicəllənməsi də hiss etdim”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
football-plus.az

1Mənbələr