AZ

4 ölkənin XİN rəhbəri Gürcüstana gəlib



Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri Gürcüstana gəliblər
12:40, 15.05.2024
Region: Dünya, Gürcüstan
Mövzu: Qəzalar

Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri Bayba Braje, Qabrielius Landsberqis, Marqus Tsaxkna və Tordis Kolbrun Reikford Gilfadottir Gürcüstanda səfərdədirlər.



Estoniyanın xarici işlər naziri Marqus Tsakhkna sosial şəbəkədə üç həmkarı ilə çəkilmiş şəklini dərc edib. “Çətin anlarda dostların dəstəyini gözləmək olar”, - o yazıb.

Mayın 15-də nazirlər Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşəcək, daha sonra bəyanatla çıxış edəcəklər.



Xatırladaq ki, mayın 14-də genişmiqyaslı etirazlara və beynəlxalq ictimaiyyətin tənqidlərinə baxmayaraq, parlament qalmaqallı “xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
newscenter.az

1Mənbələr