AZ

İstanbulda güclü yanğın baş verib, qədim Misir bazarı yanır

Türkiyənin İstanbul şəhərinin mərkəzində güclü yanğın baş verib. Turistlər arasında məşhur olan qədim Misir bazarı yanır.

Azpost.info-nun məlumatına görə, RİA Novosti bu barədə Türkiyənin fövqəladə hallar xidmətindəki mənbəyə istinadən xəbər verir.nı  Xilasedicilər artıq hadisə yerinə gəliblər.

“Yanğın Eminönü ərazisindəki tarixi Misir bazarında başlayıb, həmkarlarımız onu söndürməyə başlayıblar”, – deyə yanğın yarımstansiyasından bildirilib.

Hazırda yanğının miqyası məlum deyil. Yanğın nəticəsində tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Misir bazarı hələ 17-ci əsrdə İstanbulda tikilib və bu yaxınlarda burada bəzi ticarət meydançaları yenidən qurulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
azpost.info

1Mənbələr