AZ

"Balans Studiyası" "Bizim Cəbiş müəllim" filmini bərpa etdi

Mayın 14-də “Azərbaycan” kinoteatrında “Bizim Cəbiş müəllim” filminin 55 və filmin ssenari müəllifi Maqsud İbrahimbəyovun 90 illiyi ərəfəsində ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası əsəri tam bərpa edərək xalqımıza böyük iftixar hissi ilə hədiyyə etdi.

Əvvəlcə məşhur akkardeon ifaçısı Seymur Həsənsoy filmdə səsləndirilən, Emin Sabitoğlunun "Vals"ını ifa etdi.

Xoreoqrafiya məktəbinin yetirmələri valsın sədaları altında rəqs etdilər.

Qeyd edək ki, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, “Balans” Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Dövlət Film Fondu, ANS Press xəbər portalı, Azərbaycanın ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki və Cinema&MasterCard tərəfindən təşkil edilən filmin bərpa olunmuş variantının təqdimat mərasimində tanınmış ictimai, siyasi, mədəniyyət və incəsənət xadimləri və o cümlədən, mətbuat nümayəndələri iştırak etdi. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin
ideya müəllifi və rəhbəri Vahid Mustafa yev bildirdi ki, “Bizim Cəbiş müəllim” tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmış və "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.

Filmdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edii. Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilən və onun 90 illiyi ərəfəsində ANS-in “Balans” Milli Rəqəmsal və Bərpa Studiyası tərəfindən tam bərpa olunan filmdə əsas rolları Azərbaycan kinosunun korifeyləri Şəfiqə Məmmədova, Süleyman Ələsgərov, Nəsibə Zeynalova, Əliağa Ağayev, Muxtar Maniyev, Səfurə İbrahimova və digərləri iştirak ediblər.

Film bir daha Azərbaycan xalqının keçən əsrin taleyüklü 40-cı illərində faşızmə qarşı savaşan və onun üzərində qələbə çalan Dünyanın sülh və azadlıqsevər xalqları sırasında öz vacib və əvəzolunmaz yerini təsdiqlədi. Bundan sonra Vahid Mustafa yev toplaşanlara filmin bərpasında iştirak edən mütəxəssislərin sayının 12 nəfər olduğu, ümumilikdə 149 min kadrın bir-bir təmizlənməsini iftixar hissi ilə çatdırdı. Bundan əlavə, filmin əksər yerlərində səslərin tamamilə olmamasını ANS Foli Studiyasında 3 mütəxəssisin 65 günə 37 dəqiqəsini tam şəkildə yenidən yaradaraq filmə qaytardı. Filmin rəng korreksiyasına gəldikdə, burada illərlə pozitiv lent kimyəvi və fiziki zərərə məruz qaldığından artıq 12 fərqli rəng çalarlı tam şəkildə korrektə olunmuş və yalnız birrəngli - Ağ-Qara səviyyəsinə müvəffəqiyyətlə çatdırıldı.

Vahid Mustafa yev onu da əlavə etdi ki, Azərbaycan Xalqına böyük qürur hissi ilə hədiyyə etdiyimiz "Bizim Cəbiş" filmin təmizlənməsi üzərində 7 ay işlənilib, bütün bərpanı mütəxəssislərimiz əlləri ilə yaradıb və burada heç bir avtomatik və ya süni intellekt vasitəsinə müraciət edilməyib və bu, ümumiyyətlə bu kimi incə işlərdə mümkün deyil.  

Təqdimatda Cəmil Quliyev, Aydın Kazımzadə, Siyavuş Kərimi, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, o cümlədən bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları və Həsən Seyidbəylinin övladları – filmdə Cəbiş müəllimin qızını oynayan Məryəm Seyidbəyli və Namiq obrazını yaradan Ziya Seyidbəyli də iştirak edirdi.

Mərasim zamanı Cəbiş müəllimin protipinin Maqsud İbrahimbəyovun atasınıdan -  Məmməd İbrahimbəyovdan götürüldüyü məlum oldu və həmin şəkil nümayiş etdirildi.


Filmin haqqında çıxış edən Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətləri kinomuzun şah əsərlərinə yeni nəfəs verdiyinə görə Milli Qəhrəman Çingiz Mustafayev Fondu, ANS Şirkətlər Qrupuna daxil olan “Balans” Milli Rəqəmsal Bərpa Studiyası, VMF Saat Fabriki və şəxsən Vahid Mustafa yevə təşəkkür etdilər. “Bizim Cəbiş müəllim” filminin “Balans” Milli Rəqəmsal Bərpa Studiyası
tərəfindən təmizlənərək xalqımıza ərmağan etdiyi 11-cı film olduğunu vurğulayaraq çıxış edənlər bildirdilər ki, filmlərimizin neqativləri Moskvada olduğuna görə Film Fondunun qoruyub saxladığı pozitivlər getdikcə keyfiyyətini tam itirir. Bu baxımdan keyfiyyəti aşağı olan pozitivlərin Vahid Mustafa yev tərəfindən təmənnasız təmizlənərək Film Fonda verilməsi ilə Azərbaycan Kinosunun yaşaması üçün misilsiz xidmət nümayiş etdirir.

Təqdimat mərasimində filmin çəkilişlərində istifadə olunan əşyalar da nümayiş edilib.

Xatırladaq ki, film BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, Azərbaycan Dövlət Film Fondu, ANS Press xəbər portalı və Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki və Cinema&Master Card birgə təşkilatçılığı ilə “Azərbaycan” kinoteatrında təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
5
anspress.com

6Mənbələr