AZ

Onların özlərini həkimlər əməliyyat edir - ŞOK FAKTLAR+VİDEO

"Xalq təbabəti ilə məşğul olanlar həkimlikdən heç bir anlayışı olmayan adamlardır. Sadəcə olaraq otların tərkibini bilirlər, bunun xeyiri olduğunu eşidiblər nənələrindən və başqalarına da məsləhət bilirlər". Sağlamolun.az xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın Cərrah-hepatoloqu, T.Ü.F.D. Sevinc Salahova Səhiyyə Tv də yayımlanan "Sağlam Səhhət" proqramında qonaq olarkən deyib.
O bildirib ki, həkimlərin məqsədi bu mövzularda insanları maarifləndirməkdir: "Əgər insanlar inanırsa, bu onların şəxsi fikiridir. Amma biz  dönə-dönə başa salırıq ki, otlarla öd yuma, daş salma, qaraciyər sirrozunu sağaltmaq cəfəngiyyatdır. Mütləq həkimə müraciət etməlidirlər. Əgər ağırlaşma olmasın istiyirlərsə, həkim müalicəsi almalıdırlar".   Həkim bildiriib ki, bitki müalicəsi ilə xəstəlik sağaltmağa çalışan insanlar həkimlərə daha çox ağırlaşmış xəstələrin gəlməsinə səbəb olurlar: "Həmin o fitoterapiya ilə məşğul olan insanların öd daşlarını bizim cərrahlar əməliyyat edib. Amma deyiblər ki, heç kimə deməyin. Belə şeylərlə çox rastlaşırıq. Ona görə insanlara səslənirik ki, bunlara inanmasınlar. Sağlam adam bu vasitələrdən istifadə edə bilər. Amma hər hansı bir xəstəlik varsa, irəliləmiş mərhələdə olan bir xərçənginiz varsa, bu otalarla sizi 6 aya müalicə edəcəklərsə, buna qəti şəkildə inanmayın". Həkimlə əlaqə saxlamaq üçün 050-315-17-17 mobul nömrəsinə zəng edin! Daha ətraflı videodan izləyin:      

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
saglamolun.az

1Mənbələr