AZ

Makron milli təhlükəsizlik şurasını topladı

Fransanın Yeni Kaledoniya muxtar bölgəsində başlayan üsyan getdikcə böyüyür.

News24.az xəbər verir ki, səlahiyyətlilər Parisdən gələn konstitusiya islahatlarına qəzəblə üç gün əvvəl başlayan iğtişaşda 3 nəfərin öldüyünü, yüzlərlə insanın yaralandığını, mağazaların talan edildiyini və ictimai binaların yandırıldığını açıqlayıb.

Müstəqillik tərəfdarı nümayişlər kimi başlayan hadisələr, 1980-ci illərdən bəri Fransa Sakit Okean arxipelaqında görülən ən şiddətli zorakılıq kimi qeydə alınıb.

Yelis Sarayından verilən açıqlamada Fransa prezidenti Emmanuel Makronun Yeni Kaledoniya ilə bağlı müdafiə iclasına sədrlik etmək üçün Normandiyaya planlaşdırdığı səfərini ləğv etdiyi açıqlanıb.

Ofisindən verilən açıqlamaya görə, Makron iğtişaşları müzakirə etmək üçün müdafiə və milli təhlükəsizlik şurasının iclası keçirib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
news24.az

1Mənbələr