AZ

Kanadada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib

Kanadanın Wood Buffalo bölgəsində baş verən meşə yanğınlarına görə minlərlə insanın təxliyəsi qərara alınıb.

E-huquq.az “CBC News”a istinadən xəbər verir ki, Wood Buffalo Regional Bələdiyyəsi ərazidə "fövqəladə vəziyyət" elan edib.

Təxminən 21 min hektar meşə sahəsi yandıqdan və yanğınlar yaşayış məntəqələrinə yaxınlaşdıqdan sonra Fort McMurray, Beacon Hill, Abasand, Prairie Creek və Grayling Terrace kimi yaşayış məntəqələrində yaşayan insanların təxliyyə olunmasına dair qərar verilib.

Rəsmilər evlərini tərk edə bilməyənlər üçün təxliyyə məntəqələrinə məlumat vermələri barədə xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
e-huquq.az

1Mənbələr