AZ

“NEFTÇİ”: “Beşiktaş”la bağlı hansısa bir razılıq olarsa…“

“Türkiyə bizim qardaş ölkəmizdir. Oradakı istənilən klubla yoldaşlıq görüşü keçirməyə daim hazırıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Beşiktaş” ilə görüş keçirəcəyi barədə xəbər yayılan “Neftçi”nin mətbuat katibi Emin Əfəndi oxu.az-a açıqlamasında bildirib.

O bildirib ki, mediada yayılan xəbərlər doğru deyil:

“Neftçi”-“Beşiktaş” oyunu ilə bağlı hansısa bir razılıq olarsa, ilk xəbəri biz özümüz mediaya açıqlayacağıq”.

“Neftçi” ilə “Beşiktaş” 2023-cü ildə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlmişdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
sportinfo.az

1Mənbələr