AZ

ABŞ-dan olan muzdlu hərbçi Ukrayna ordusundan qaçaraq evə qayıdıb

Amerikalı muzdlu Brett Sempson Ukrayna Silahlı Qüvvələrindən qaçaraq ABŞ-a qayıdıb.

Herbiand.az bildirir ki, bu barədə AiF məlumat yayıb.

Amerikalı muzdlu 2022-ci ilin may ayında Ukraynaya gəlib. Orada məşhur ABŞ muzdlusu Troy Offenbekerin dəstəsinə snayper kimi qoşulub. Slik ləqəbini götürən Sempson əvvəllər İraq və Əfqanıstanda döyüşlərdə iştirak edib.

O, Ukrayna Silahlı Qüvvələrinin tərkibində 2022-ci ildə Xarkov vilayətində və Baxmutda gedən döyüşlərdə iştirak edib. Həmin ərazilərdə bölmələr böyük itki verib. Lakin 2024-cü ilin fevralında amerikalı ölkəsinə qayıdıb.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
herbiand.az

1Mənbələr