AZ

Vitse-spiker Adil Əliyevin yazısı Qazaxıstan mətbuatında işıq üzü gördü

 Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin məqalə və müsahibəsi qardaş Qazaxıstanın nüfuzlu media orqanlarında yayınlanıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan – Qazaxıstan qardaşlıq-dostluq bağlarına həsr olunmuş məqalə Qazaxıstanın “Egemen Qazaqstan” (“Suveren Qazaxıstan”) qəzetində, eyni mövzuda geniş müsahibəsi isə ikidilli “Asya- Avrupa” – “Aziya-Europa” (“Asiya-Avropa”) jurnalında və digər media resurslarında dərc olunub.

Məqalə və müsahibədə xalqlarımız arasındakı tarixi qardaşlıq bağlarının, eləcə də əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş səmimi dostluq münasibətlərinin prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin böyük töhfələri nəticəsində daha da dərinləşməsi, yeni üfüqlər qazanması qeyd olunub. Vurğulanıb ki, dövlət başçılarımızın çoxsaylı qarşılıqlı səfərləri siyasi, iqtisadi, ticari və digər əməli fəaliyyət sahələri üzrə bağlarımıza yeniliklər, uğurlar bəxş edib.

Prezident İlham Əliyevin qardaş ölkəyə ilyarım ərzində 4 dəfə, eləcə də Qazaxıstan Prezidentinin 3 dəfə Azərbaycana səfər etməsi, habelə Qazaxıstan Prezidentinin ölkəmizə bu il içində növbəti səfərlərinin planlaşdırması münasibətlərimizin daha da sıx olmasına xidmət edən faktorlar olaraq qeyd edilib.

Qardaş Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində tikilmiş və hər iki dövlət başçısının iştirakı ilə açılışı olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə diqqət çəkilən məqalə və müsahibədə, həmin Mərkəzin ölkələrimiz arasındakı dostluğun əsas simvollardan birinə çevrildiyi bildirilib. Eləcə də, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərcivəsində Azərbaycanın Milli Məclisinə gəlməsi və burada parlamentin sədri ilə görüşü məmnuniyyətlə xatırladılıb. – Sözügedən məqalə və müsahibədə Azərbaycan-Qazaxıstan parlamentlərarası əməkdaşlığının ölkələrimizin dostluq və qardaşlıq bağlarının daha da güclənməsindəki yeri, rolu vurğulanıb.

 

 

https://egemen.kz/article/363168-babalar-ustanghan-baghyt-%E2%80%93-bolashaqqa-amanat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
redaktor.az

3Mənbələr