AZ

Blinken Kiyevdə gitara çalaraq ukraynalılarda ruh yüksəkliyi yaradıb

Ukrayna Rusiyanın Xarkova hücumunu dəf etmək üçün var gücü ilə mübarizə apararkən, çərşənbə axşamı ABŞ dövlət katibi Entoni Blinken Kiyevdə bir barda səhnəyə çıxıb və yerli qrupla birlikdə gitarada 1989-cu ildə Nil Yanqın "Rockin' in the Free World" mahnısını ifa edib.

Blinkenin Ukraynaya ikigünlük səfəri - müharibə başlayandan dördüncü - "ukraynalılara tək olmadıqlarına dair açıq siqnal" oldu”, - Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

ABŞ-ın baş diplomatı ukraynalıları əmin edib ki, onlara gələn milyardlarla dollarlıq Amerika hərbi yardımının savaş meydanında "real əhəmiyyəti" olacaq.

Ukrayna işarə edib ki, Xarkovu qorumaq üçün ona təcili olaraq iki "Patriot" raket əleyhinə müdafiə batareyası lazımdır, prezident Vladimir Zelenski Blinkenə deyib.

Turan-ın müxbirinin “Bu səfər zamanı dövlət katibindən yeni yardım paketinin elan olunacağını gözləmək mümkündürmü?” sualına Patel cavab verib ki, dövlət katibini qabaqlamayacaq.

Çərşənbə axşamı günorta  Kiyevdə çıxışı zamanı Blinken bildirib ki, Rusiya "rusiyalı əsgərləri, İran pilotsuz təyyarələrini, Şimali Koreya artilleriyasını, həmçinin Çindən göndərilən maşın və detallardan istifadə edərək düzəldilmiş tanklar, raketlər və qırıcıları bir-birinin ardınca göndərir".

"Onsuz da çox şey qurban vermiş ukraynalılardan yaxın həftələrdə və aylarda daha böyük səylər tələb olunacaq”, - Blinken deyib və əlavə edib ki, bir milyard dollardan çox Amerika avadanlığının gəlməsi cəbhəni sabitləşdirməyə kömək edəcək.

Amerikalılar "başa düşürlər" ki, onların Ukraynaya dəstəyi ABŞ və müttəfiqlərinin təhlükəsizliyini möhkəmləndirir. "Onlar başa düşürlər ki, əgər Putin Ukraynada öz hədəfinə çatarsa, dayanmayacaq və davam edəcək".

"Amerikalılar bilmək istəyirlər ki, Ukraynanın öz ayaqları üzərində – hərbi, iqtisadi, demokratik cəhətdən möhkəm dayana biləcəyi günə nail olmaq üçün planımız var və Amerikanın dəstəyi daha davamlı hal ala biləcək. Bizim planımız var və onun reallaşması üçün Ukrayna və geniş tərəfdaşlar şəbəkəsilə birlikdə çalışırıq", - Blinken deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
turan.az

1Mənbələr