AZ

“ATƏT-in Minsk qrupu öz-özünə dağılıb gedəcək” - Politoloq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını” deyən dövlətimizin başçısı qeyd edib ki, “buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür”.

Politoloq Xəqani Cəfərli Herbiand.az-a bildirib ki, ATƏT-in Minsk qrupu ABŞ, Fransa və Rusiya arasında münasibətlərin pozulmasından sonra faktiki olaraq fəaliyyətini dayandırıb:

“Bu üç dövlətin təmsilçisinin eyni platformada təmsil olunması faktiki olaraq mümkünsüz hala gəlib. Hətta, Rusiya və Belarusa görə ATƏT-in dağıla biləcəyi haqqında fikirlər səslənir.  Çox güman ki, Rusiya və Belarusu bu il təşkilatdan çıxaracaqlar. ATƏT-in Minsk qrupu da öz-özünə dağılıb gedəcək. Ona görə də bu məsələnin Azərbaycan üçün böyük önəm kəsb etdiyini düşünmürəm”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
288
50
herbiand.az

10Mənbələr