AZ

Ukraynanın itirdiyi əraziləri geri qaytara biləcəyinə inanmaq sadəlövhlükdür -Çexiya Prezidenti

Çexiya Prezidenti Petr Pavel hesab edir ki, Ukraynanın itirdiyi əraziləri yaxın gələcəkdə geri qaytara biləcəyinə inanmaq sadəlövhlükdür.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Petr Pavel Ukraynada hərbi əməliyyatları dayandırmaq və müharibədən sonrakı vəziyyətlə bağlı danışıqlara başlamaq lazım olduğunu düşünür.

O, münaqişə tərəflərini kompromis əldə etməyə çağırıb. Eyni zamanda, hesab edir ki,  bu kompromis Ukrayna, Rusiya və bu razılaşmanın təminatçısı olacaq ölkələrin razılığı olmadan mümkün ola bilməz. Çexiya Prezidenti həmçinin, NATO əsgərlərinin Ukraynada yerləşdirilməsinə qarşı çıxıb.

Peter Pavel münaqişənin davam edəcəyi təqdirdə Ukraynanın uğursuzluğa düçar ola biləcəyini istisna etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
50
ikisahil.az

10Mənbələr