AZ

“Araz-Naxçıvan”ın stadionla müqavilə müddəti davam edir

Cari mövsümdən elitada mübarizə aparan “Araz-Naxçıvan” ev oyunlarını “Liv Bona Dea Arena”da keçirməyə davam edir.

“Qırmızı-ağlar”ın Naxçıvandakı stadionlarının təmir olunacağı deyilsə də, hələ ki heç bir iş görülmür. Redaksiyamıza daxil olan bilgiyə görə, “Araz-Naxçıvan” rəhbərliyi növbəti iki mövsümdə də ev oyunlarını “Liv Bona Dea Arena”da keçirəcək.

Bu xəbəri dəqiqləşdirmək üçün klubun icraçı direktoru Eldəniz Yusubovla əlaqə saxladıq:

“Bu mövzuyla bağlı konkret bir söz deyə bilmərəm. İndi mövsümün sonu yaxınlaşır. Növbəti mövsüm üçün planlarımız isə yəqin ki, yaxın vaxtlarda tərtib olunacaq. Naxçıvandakı stadionun yaxın müddət ərzində təmirə başlaması planda var. Ancaq hələ ki “Liv Bona Dea Arena” ilə müqaviləmiz mövsümün sonuna qədərdi. Bu müqavilənin yenilənib-yenilənməyəcəyi barədə indidən danışmaq tezdi. Çünki növbəti mövsüm üçün planlarımız hələ bəlli deyil. Bu üzdən də indiki durumda çempionatın qalan oyunlarına köklənmişik. Dediyiniz mövzularla bağlı, yəqin ki, qısa vaxt ərzində rəhbərlik qərar verəcək və biz də buna uyğun çalışacağıq”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
football-plus.az

1Mənbələr