AZ

STM: Evli respondentlərin 88,2 faizi ailə işlərində bölgüdə mühakiməyə üstünlük verirlər

STM:

Bakı, 15 may, AZƏRTAC

“Ailəni təmin etmək kişinin, ev işləri ilə məşğul olmaq qadının işidir” fikri ilə yaş qrupları arasında ən çox 46-55 yaşlılar (91,4 faiz), ən az isə 18-25 yaşlılar (78,4 faiz) razılaşıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məlumat Strateji Tədqiqatlar Mərkəzinin (STM) 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib etdiyi “Müasir Azərbaycan ailəsi” analitik hesabatında öz əksini tapıb.

Hesabata əsasən “Ailəni təmin etmək kişinin, ev işləri ilə məşğul olmaq qadının işidir” mövzusu ilə bağlı sorğuya kişi respondentlərin 74,2 faizi, qadınların isə 62,9 faizi tamamilə razı olduğunu bildirib.

Ailə vəziyyətinə görə bölgüdə mühakimə ilə ən çox razılaşanlar arasında evlilər üstünlük təşkil edirlər. Belə ki, evli respondentlərin 88,2 faizi bu fikrə müsbət yanaşıb. Ən az dəstəkləyənlər isə boşanmış respondentlər arasındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
azertag.az

1Mənbələr